Futbol üzrə Misli Premyer Liqasında IX tura yekun vurulub.
APA xəbər verir ki, turun son oyununda "Qarabağ" öz meydanında "Şamaxı"nı qəbul edib. "Azərsun Arena"da keçirilən görüşdə hesab açılmayıb.
Ağdam klubu 17 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Komanda rəqiblərindən bir oyun az keçirib. Şamaxının eyniadlı təmsilçisi isə 10 xalla doqquzuncudur.
 
                        