RU

İlkay Gündoğan hansı müddətə sıradan çıxıb?

''Qalatasaray''ın Çempionlar Liqasında ''Bude/Qlimt''ə qarşı keçirdiyi oyundan öncə ağrıları artan, iştirak ərizəsindən çıxarılan və zədələndiyi açıqlanan İlkay Gündoğanın nə zaman geri dönəcəyi ilə bağlı məlumat var.

"Football-plus.az" xəbər verir ki, komandaya yeni uyğunlaşmağa başlayan İlkay həmin matçdan bir gün öncə son taktiki məşqdə arxa əzələsindən zədələndiyi məlum olmuşdu.

Türkiyə mətbuatının yazdığına inansaq, təxminən 1 aylığa sıradan çıxan ulduz futbolçu noyabrdakı yığma fasiləsində məşqlərə başlayacaq. İndi onun üçün əsas hədəf ''Fənərbaxça'' ilə derbiyə yetişməkdi. Gündoğanın dekabrın 1-də keçiriləcək prinsipial derbidə komandasına yardım edəcəyi gözlənilir. Ancaq İlkay o vaxta qədər ''Cim-Bom''un keçirəcəyi 6 rəsmi oyunu buraxacaq.

35 yaşlı yarımmüdafiəçi indiyə qədər Türkiyə karyerasında 5-i superliqa, 2-si ÇL-də olmaqla 7 rəsmi oyunda 485 dəqiqə meydanda olub və aktivinə 1 qol, 1 məhsuldar ötürmə yazıb.

Избранный
40
1
football-plus.az

2Источники