RU

Pakistan Əfqanıstan arasında gərginlik Ölənlər var KONKRET

Konkret.az saytına istinadən ain.az xəbər verir.

Pakistan və Əfqanıstan nümayəndə heyətləri gərginliyi azaltmaq üçün İstanbulda bir araya gəldiyi vaxtda, tərəflər arasında silahlı qarşıdurma davam edir.

KONKRET.az “Reuters”ə istinadən xəbər verir ki, sərhəddə atışma nəticəsində Pakistanın 5 hərbçisi, Əfqanıstanın isə 25 yaraqlısı öldürülüb.

Pakistanın hərbi kəşfiyyat agentliyinin məlumatına görə, yaraqlılar cümə və şənbə günləri ölkənin şimal-qərb sərhədində yerləşən Kurram və Şimali Vəziristan bölgələrində ölkə ərazisinəmkeçməyə cəhd ediblər. Bu da Əfqanıstan hökumətinin “terror problemini həll etmək niyyətini” şübhə altına alır.

Taliban hərəkatı yaraqlılara sığınacaq verməklə bağlı ittihamları rədd edir və Pakistanın hərbi əməliyyatlarının Əfqanıstanın suverenliyini pozduğunu iddia edir.

Hər iki ölkənin rəsmiləri bu ayın əvvəlində orduları arasında toqquşmalardan sonra başlayan münaqişənin yenidən alovlanmasının qarşısını almaq üçün İstanbulda görüşür.

Pakistan ordusu hücum edənləri “Fitnə əl-Xaric” qruplaşmasının üzvləri olduğunu açıqlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
17
4
konkret.az

5Источники