RU

Moskvada yeni zərbə qorxusu: Aerodrom təcili boşaldılır – VİDEO

Moskva yaxınlığındakı hərbi aerodromlardan təcili köçürülmə – “Engels-2” bazasındakı bombardmançılar çıxarıldı

Monitorinq mənbələrinin məlumatına görə, Moskva ətrafındakı bir neçə hərbi aerodromdan təyyarələr təcili şəkildə köçürülür. Bildirilir ki, T-95 və T-160 tipli strateji bombardmançılar “Engels-2” aviabazasından çıxarılıb.

Musavat.com xəbər verir ki, bu addım Rusiyanın hava hücumlarına məruz qalacağı təhlükəsi ilə bağlıdır. Son günlər arxa cəbhədəki obyektlərin də dron zərbələrinin hədəfinə çevrilməsi Kremlin əsas aviasiya qüvvələrini təhlükəsiz zonalara çəkməyə məcbur edib.

Qeyd edək ki, bir neçə saat əvvəl də Moskva dron hücumuna məruz qalıb. 

 

Musavat.com

Избранный
133
7
musavat.com

7Источники