RU

Moskva yenidən dron hücumu altında: Jukovski yaxınlığında partlayış və yanğın

Musavat.com xəbər verir ki, gecə saatlarında Moskva üzərinə yeni pilotsuz aparat hücumu həyata keçirilib.

Moskva meri Sergey Sobyanin bildirib ki, paytaxta doğru uçan Ukrayna Silahlı Qüvvələrinə məxsus 10-cu dron hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib. Hadisə yerində fövqəladə xidmət əməkdaşları çalışır.

Məlumata görə, Ramenki rayonu və Kolomna ərazisində partlayış səsləri eşidilib. Yerli sakinlər bir sıra binalarda pəncərələrin sınıb, avtomobillərin zədələndiyini bildiriblər. Hazırda zərərçəkənlərin olub-olmaması dəqiqləşdirilir.

Rusiya Aviasiya Agentliyinin açıqlamasına əsasən, “Jukovski” aeroportunda təhlükəsizlik məqsədilə müvəqqəti məhdudiyyətlər tətbiq olunub. Bəzi reyslər ehtiyat hava limanlarına yönləndirilib. Hadisə ilə bağlı araşdırma aparılır. 

 

Musavat.com

Избранный
67
11
musavat.com

10Источники