BAKI, 27 oktyabr. TELEQRAF
Cənubi Çin dənizində iki hadisə nəticəsində ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus F-18 qırıcı təyyarəsi və MH-60R Sea Hawk helikopteri qəzaya uğrayıb.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Sakit Okean Donanması məlumat yayıb.
Hər iki hava gəmisi planlı əməliyyatlar zamanı qəzaya uğrayıb. Hazırda hadisənin səbəbləri araşdırılır.
"CBS News"in məlumatına görə, qəzalarda heç bir itki qeydə alınmayıb.
 
                        