RU

Azərbaycan millisinin iki üzvü həlledici görüşə çıxdı, Kənan dünya çempionu oldu

Serbiyanın Novi Sad şəhərində keçirilən U-23 dünya çempionatı sona yaxınlaşır.

Sportinfo.az xəbər verir ki, sərbəst güləş üzrə Azərbaycan millisinin 2 üzvü həlledici görüşə çıxıb.

Kənan Heybətov (70 kq) finalda iranlı Sina Xəliliylə qarşılaşıb.

İlk hissədə rəqib üstün olsa da, həmyerlimiz əzmkar qələbə qazanıb. Rəqibinə 9:4 hesabıyla qalib gələn Kənan ilk dəfə U-23 dünya çempionu olub.

Xetaq Karsanov (125 kq) da finalda İran təmsilçisiylə qarşılaşıb. Ancaq bu ildən ən ağır çəkidə çıxış etməyə başlayan milli üzvü Abolfazl Necada məğlub olaraq (0:11) gümüş medalı boynundan asıb.

Избранный
79
17
sportinfo.az

10Источники