RU

Hind okeanında 63 milyon dollarlıq narkotik əməliyyatı - Altı iranlı həbs edildi

BAKI, 27 oktyabr. TELEQRAF

Keniya Hərbi Dəniz Qüvvələrinin rəhbərlik etdiyi birgə əməliyyat zamanı dəyəri 8,2 milyard keniya şillinqi (təxminən 63,4 milyon dollar) olan narkotik maddələr daşıyan gəmi ələ keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə “Kenya Broadcasting Corporation” məlumat yayıb.

Keniya Cinayət Axtarış İdarəsinin məlumatına əsasən, əməliyyat Mombasa sahilindən təxminən 630 kilometr aralıda adi patrul zamanı həyata keçirilib. Hərbçilər gəmini saxlayaraq içərisində 1 tonadan çox narkotik maddə aşkar ediblər.

Hadisə ilə bağlı altı İran vətəndaşı saxlanılıb. Onlar hazırda nəzarət altındadır və narkotiklərin mənşəyini müəyyən etmək üçün istintaq aparılır.

Избранный
84
teleqraf.com

1Источники