RU

“Bakı Ağ Şəhər” layihəsi Londonda “Şəhər Davamlılığında Görkəmli Nailiyyət” mükafatına layiq görülüb (FOTO)

Bakı. Trend:

“Bakı Ağ Şəhər” layihəsi 2025-ci ildə Londondakı VestminsterSarayında (Lordlar Palatası) keçirilən 4-cü Qlobal DavamlılıqSammitində (GSSA) “İqlimə Davamlı Şəhər Planlaması – DavamlılığınŞəhər İnkişafına və İqtisadi Artım Strategiyalarına İnteqrasiyası”kateqoriyasında “Şəhər Davamlılığında Görkəmli Nailiyyət”(Excellence in Sustainable City Development) mükafatına layiqgörülüb.

Trend xəbər verirki, bu nüfuzlu beynəlxalq sammit daha yaşıl və dayanıqlı gələcəkqurmaq məqsədilə qlobal liderləri, siyasətçiləri, sənayenümayəndələrini və davamlılıq sahəsində pionerləri bir arayagətirib.

Layihəni tədbirdə “Bakı Ağ Şəhər”in davamlı inkişaf üzrətərəfdaşı olan ARUP (Böyük Britaniya) şirkətinin direktoru cənabStiven Kuk təqdim edib. O, Azərbaycanın innovativ şəhərsalmatəşəbbüsləri və strateji yaşıl layihələri barədə danışaraq, “BakıAğ Şəhər”in “Xoşbəxt Şəhər” standartlarına uyğun qiymətləndirilməsinəticələrini bölüşüb.

Cənab Kuk vurğulayıb ki, “Bakı Ağ Şəhər” yaşıl binalarınlayihələndirilməsi və tikintisi üzrə ilk təşəbbüslərdən biri olub,burada CRREM (Carbon Risk Real Estate Monitor) qiymətləndirilməsiaparılıb və BREEAM və LEED məsləhətçiləri ilə əməkdaşlıqçərçivəsində enerji dayanıqlığının şəhər inkişafına inteqrasiyasıistiqamətində işlər davam etdirilir.

2011-ci il 24 dekabr tarixində Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyevatərəfindən təməli qoyulan “Bakı Ağ Şəhər” layihəsi artıq ilkonillikdə ölkənin ətraf mühit və şəhərsalma sahəsində beynəlxalqnümunəyə çevrilib.

2024-cü ilin 11–24 noyabr tarixlərində Bakıda keçirilən BMT-ninİqlim Dəyişikliyi Konfransı (COP29) zamanı “Bakı Ağ Şəhər” ekolojicəhətdən tərk edilmiş ərazilərin bərpası və davamlı tikintitexnologiyalarının tətbiqi sahəsində uğurlu model kimi təqdimolunub.

Layihə Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilətəsdiqlənmiş “2006–2010-cu illər üçün Azərbaycan Respublikasındaekoloji vəziyyətin yaxşılaşdırılması üzrə Kompleks Tədbirlər Planı”çərçivəsində həyata keçirilir.

“Bakı
“Bakı
“Bakı
“Bakı
“Bakı
“Bakı
“Bakı
“Bakı
“Bakı
Избранный
72
1
az.trend.az

2Источники