ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş təyyarəsi və helikopter Cənubi Çin dənizi üzərində iki ayrı insident nəticəsində qəzaya uğrayıb.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ-ın Sakit Okean Donanması sosial mediada məlumat yayıb.
Məlumata görə, “MH-60R Sea Hawk” tipli helikopter “USS Nimitz” təyyarədaşıyan gəmisindən adi əməliyyatlar həyata keçirərkən qəzaya düşüb.
Bundan təxminən yarım saat sonra isə “F/A-18F Super Hornet” tipli döyüş təyyarəsinin qəzaya uğradığı bildirilib. Hər iki hadisə zamanı ekipaj üzvləri xilas edilib, xəsarət alan olmayıb.