RU

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş təyyarəsi və helikopter dənizdə qəzaya uğrayıb

ABŞ Sakit Okean Donanması Cənubi Çin dənizində baş verən iki ayrı insident nəticəsində ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus helikopter və döyüş təyyarəsinin qəzaya uğradığını açıqlayıb.

Editor.az xəbər verir ki, bu barədə məlumat Donanmanın sosial media hesabında yayılıb.

Açıqlamaya görə, yerli vaxtla saat 14:45-də ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus MH-60R Sea Hawk tipli helikopter USS Nimitz təyyarədaşıyan gəmisindən adi əməliyyatlar zamanı qəzaya uğrayaraq Cənubi Çin dənizinə düşüb.

Hadisədən təxminən yarım saat sonra F/A-18F Super Hornet tipli döyüş təyyarəsinin də qəzaya uğradığı bildirilib. Məlumata əsasən, hər iki hadisə zamanı ekipaj üzvləri xilas ola biliblər və xəsarət alan olmayıb.

Qeyd edək ki, bundan əvvəl, oktyabrın 7-də, ABŞ-ın Kaliforniya ştatında tibbi helikopter qəzaya uğrayaraq Sakramento şəhərində şosse yoluna enmişdi.

// Gülnarə Abasova, Editor.az

Избранный
42
7
editor.az

10Источники