Rusiya xarici işlər naziri Sergey Lavrov Ultrahang YouTube kanalına verdiyi müsahibədə, Alyaskada keçirilən Rusiya-ABŞ sammitində geyindiyi “SSRİ” yazılı sviterdə gizli məna axtarmamağa çağırıb.
Bizim.Media xəbər verir ki, bu barədə lenta.ru saytı yazıb.
MÖVZU İLƏ BAĞLI:
Lavrov Alyaskaya üzərində SSRİ yazılan köynəklə getdi - VİDEO
Diplomat bildirib ki, geyim bəzən ölkələrin tarixində müəyyən mərhələlərlə bağlı olur:
“Mənim üçün Sovet İttifaqı vətənimdir. Mən orada doğulmuşam, gəncliyimi orada yaşamışam, Xarici İşlər Nazirliyində işləməyimdən zövq almışam. Hesab etmirəm ki, biz öz vətənimizdən utanmalıyıq,” – deyə nazir vurğulayıb.
Lavrov əlavə edib ki, “SSRİ” yazılı sviter “çox dəbli” sayılır və Rusiyada populyardır.
“Bizdə həmçinin Rusiya imperiyasının gerbi olan futbolkalar da var. Bir çoxları onları geyinir. Bu, tarixin bir hissəsidir,” – deyə XİN rəhbəri qeyd edib.
Bizim.Media