İtaliya A Seriyasının VIII turunda “Latsio” öz meydanında “Yuventus”u qəbul edib.
"Unikal" xəbər verir ki, "Latsio" minimal hesablı qələbə qazanıb. – 1:0.
Oyunda yeganə qolu matçın 9-cu dəqiqəsində Toma Başiç vurub.
Bu qələbədən sonra “Latsio”nun xalı 11-ə yüksəlib və komanda turnir cədvəlində 10-cu pilləyə qalxıb.
Ardıcıl uğursuz nəticələr göstərən “Yuventus” isə artıq 8 oyun ardıcıl qələbə qazana bilmir.