RU

PKK terror təşkilatı Türkiyədən tamamilə çıxdığını açıqlayıb - YENİLƏNİB » AzadMedia.az


PKK terror təşkilatı Türkiyədən tamamilə çıxdığını açıqlayıb.

Bu barədə "Report" Türkiyə mətbuatına istinadən xəbər verir.

Qeyd olunur ki, PKK rəhbəri Abdulla Öcalanın çağırışı ilə 12-ci toplantıda qəbul edilən qərarlara müvafiq olaraq yeni addım atıb. Bununla da terror təşkilatı bu gün Türkiyədən tamamilə çıxdığını elan edib.

10:57

PKK terror təşkilatı bu gün Türkiyədən tamamilə çıxacağını açıqlayacaq.

Bu barədə "Hürriyet" məlumat yayıb.

Bildirilib ki, terror təşkilatı müvafiq qərarı bu gün Türkiyə vaxtı ilə saat 11:00-da İraqın şimalındakı Qəndil bölgəsində açıqlayacaq.

Beləliklə, lideri Abdulla Öcalanın çağırışı ilə özünü ləğv etmək barədə qərar qəbul edən təşkilatın tərksilah prosesində yeni mərhələ başlanacaq.

Oktyabrın 25-də PKK-ya yaxın media orqanın internet səhifəsində təşkilatın yeni açıqlama ilə çıxış edəcəyi bildirilib.

Xatırladaq ki, daha əvvəl A.Öcalan tərəfdarlarına silahı yerə qoymaqla bağlı çağırış edib.
Избранный
21
5
azadmedia.az

10Источники