RU

Trampdan Ukraynaya silah tədarükünü dayandırmaq tələbi

ABŞ administrasiyasına Ukraynaya müasir silahların göndərilməsini dayandırmaq çağırışı edilib.

Editor.az xəbər verir ki, bu barədə The American Thinker nəşri məlumat yayıb.

Məqalədə qeyd olunur ki, münaqişə zonasına yeni silahların tədarükündən imtina ABŞ Prezidenti Donald Trampa ukraynalı həmkarı Vladimir Zelenskiyə təzyiq göstərmək imkanı verə bilər.

Oktyabrın 23-də Zelenski Kiyevin bu silahlara malik Avropa ölkələri ilə danışıqlar apardığını bildirib. O, xüsusilə “Tomaqavk” tipli qanadlı raketlərin alınması istiqamətində addımlar atıldığını vurğulayıb.

Məsələyə münasibət bildirən NATO-nun baş katibi Mark Rutte qeyd edib ki, Kiyevə hansı silahların göndəriləcəyi barədə qərarlar yalnız alyansa üzv dövlətlər tərəfindən qəbul oluna bilər. Onun sözlərinə görə, Ukraynaya “Tomaqavk” raketlərinin verilməsi ABŞ-ın səlahiyyətində olan məsələdir və bu, NATO-nun birbaşa qərarına aid deyil.

Digər tərəfdən, Rusiya Prezidenti Vladimir Putin xəbərdarlıq edərək bildirib ki, əgər Ukrayna tərəfindən Amerikanın “Tomaqavk” raketlərindən istifadə olunsa, rus qoşunları buna “sərt” cavab verəcək.

//Gülnarə Abasova, Editor.az

Избранный
47
editor.az

1Источники