Rusiyanın Buryatiya Respublikasının Nəqliyyat Nazirliyi maraqlı kampaniyaya start verib.
Avtosfer.az xəbər verir ki, nazirlik sərxoş sürücülər barədə polisə məlumat ötürən şəxsə 5000 rubl (təxminən 100 manat) mükafat vəd edir. Polisə verilmiş məlumat təsdiqləndiyi təqdirdə məlumat verən şəxs mükafatını ala biləcək.
İnformator ona çatacaq vəsaiti almaq üçün 90 gübn müddətində nazirliyə müraciət edə bilər. Kampaniyanın nə qədər davam edəcəyi məlum deyil.
Vüqar