RU

Rusiyada tələbə qızlara hamiləlik dövrü üçün pul ödənişi veriləcək

Tula vilayətində hamilə tələbələrə 150 min rubl məbləğində yardım ayrılacaq...

Poliqon xəbər verir ki, Rusiyanın Tula vilayətində təhsil alan hamilə tələbələrə 150 min rubl məbləğində birdəfəlik maliyyə yardımı veriləcək. Bu barədə məlumatı RİA Novosti bölgənin Əmək və Sosial Müdafiə Nazirliyinin qərarına istinadla yayıb.

Qərara əsasən, ödənişi almaq üçün tələbə Rusiya Federasiyası vətəndaşı olmalı və Tula vilayətində daimi yaşayış qeydiyyatında olmalıdır. Yardım yalnız əyanı formada təhsil alan tələbələrə – yəni texnikum, peşə məktəbi və ali təhsil müəssisələrində oxuyanlara veriləcək. Həmçinin, müraciət edən qadın hamiləlik qeydiyyatında olmalı və müraciət anında ən azı 12 həftəlik hamilə olmalıdır.

Tula vilayət rəhbərliyi bu qərarın regionda doğum səviyyəsini artırmaq və gənc ailələrin sosial rifahını dəstəkləmək məqsədilə qəbul edildiyini bildirib. Sosial yardım proqramı həmçinin hamilə tələbələrin təhsilini dayandırmadan davam etdirməsini stimullaşdırmağa yönəlib.

Xatırladaq ki, daha əvvəl Rusiya hökuməti 2026-cı ilin 1 martından ölkə üzrə vahid “hamiləlik və doğuş reyestrinin” yaradılacağını açıqlamışdı. Həmin reyestrdə bütün hamilə qadınların tibbi və sosial göstəriciləri, eləcə də doğuş nəticələri barədə məlumatlar toplanacaq. Bu təşəbbüs dövlətin demoqrafik və ailə siyasətinin yeni mərhələsinə keçidinin tərkib hissəsi kimi qiymətləndirilir.

Poliqon.info

Избранный
90
25
poliqon.info

10Источники