RU

Tramp Maylini seçkilərdəki qələbəsi münasibətilə təbrik edib

ABŞ prezidenti Donald Tramp Argentina prezidenti Xavyer Maylini aralıq parlament seçkilərində qazandığı qələbə münasibətilə təbrik edib.

Doğru.az xəbər verir ki, Tramp bu barədə özünün Truth Social sosial şəbəkəsində paylaşım edib:

“O, gözəl iş görür! Bizim ona olan etimadımız Argentina xalqı tərəfindən doğrulduldu”, – deyə Tramp bildirib.

Qeyd edək ki, bundan əvvəl Ağ Ev rəhbəri bəyan etmişdi ki, ABŞ Argentina kommunistləri və sosialistləri ilə əməkdaşlıq etməyəcək.

DOĞRU.AZ

Избранный
15
1
dogru.az

2Источники