RU

Ukraynaya əlavə “Mirage” qırıcıları və HHM sistemləri üçün raketlər veriləcək

Ukrayna “Patriot” hava hücumundan müdafiə (HHM) sistemləri ilə bağlı Avropadakı tərəfdaş ölkələrlə danışıqlar aparır.

“Poliqon” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski özünün “Telegram” kanalında yayımlanan müraciətində bildirib.

“Xüsusilə, Böyük Britaniyaya və Fransaya təşəkkür etmək istəyirəm. Fransanın Ukraynaya əlavə “Mirage” qırıcıları və HHM sistemləri üçün raketlər verməsi barədə qərarı var. Britaniya isə bizə hava müdafiəsində dəstək verəcək — həm raketlərlə, həm də tutucu dronların istehsalında kömək edəcək”, – deyə Ukrayna Prezidenti vurğulayıb.

Избранный
72
poliqon.az

1Источники