RU

Ruslar parlaq gələcəyə inanmırlar –Sorğu

Ruslar artıq parlaq gələcəyə inanmırlar.

AzPost bildirir ki, bu barədə İctimai Rəy Mərkəzinin (FOM) keçirdiyi sorğunun nəticələrində məlum olub.

Vətəndaşların yalnız 27%-i ölkədə həyatın gələn il ərzində yaxşılaşacağına ümid edir. FOM sorğusuna görə, bu, “soyuq müharibə”nin başlanğıcından bəri ən aşağı səviyyədir.

Cəmiyyət məyusluq mərhələsinə qədəm qoyur: sülhə və iqtisadi artıma ümid azalır, tənəzzül və inflyasiya ilə bağlı narahatlıq artır. Optimistlərin sayı azalır. Trampın ABŞ prezidentliyinə qayıtmasından sonra münaqişənin tez bir zamanda sona çatması ilə bağlı gözləntilər də nəzərəçarpacaq dərəcədə azalır.

AzPost.az

Избранный
44
1
azpost.info

2Источники