RU

Rusiyadan Tramp-Putin sammiti ilə bağlı AÇIQLAMA: ABŞ-dən asılıdır

“Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında yeni sammitin keçirilməsi ABŞ-dan asılıdır”.

Bakıvaxtı.az xarivci mətbuata istinadla xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Lavrov Macarıstanın paytaxtı Budapeştdə Putinlə Tramp arasında zirvə görüşünün mümkünlüyünü müzakirə edib və Ağ Ev sahibinin təklif etdiyini, Rusiya liderinin də bunu qəbul etdiyini bildirib.

"Təklif var. Dəvət olunanda onu qəbul etdiyimizi deyirik və görüşün formatı, yeri və vaxtı ilə bağlı razılığa gəlməyi təklif edirik. Tramp bu dəvətin ləğvini oktyabrın 23-də Ağ Evdə açıqlamışdı. Amerikalılar daha sonra ləğvin təxirə salınma demək olduğunu bildirdilər. Hər şey dəvət edən tərəfdən asılıdır", - deyə Sergey Lavrov qeyd edib.

Nərgiz Məmmədli

Избранный
21
1
bakivaxti.az

4Источники