RU

Almaniyada bu səbəbdən 400 mindən çox ev quşu məhv edilib

Almaniyada quş qripinə yoluxma hallarının artması nəticəsində indiyədək 400 minə yaxın ev quşu məhv edilib.

Missiya.Az xəbər verir ki, bu barədə Fridrix Löffler İnstitutundan (FLI) məlumat verilib.

Məlumata görə, hadisələrin intensivliyi 2021-ci ildə qeydə alınan ən ağır dövrlə müqayisə olunur. Bildirilib ki, indiyədək ölkə üzrə 30 fermada 400 min toyuq, ördək, qaz və hinduşka kəsilərək məhv edilib.

Qeyd olunur ki, vəziyyətin gələcəkdə necə inkişaf edəcəyini proqnozlaşdırmaq mümkün deyil. Ən böyük itkilər Meklenburq-Qərbi Pomeraniya və Brandenburq bölgələrində qeydə alınıb.

Brandenburqun Markiş-Oderland bölgəsi quş qripinə görə əlavə olaraq 130 min ev quşunun da məhv ediləcəyini açıqlayıb. 

Qeyd edək ki, Almaniyada 2020–2021-ci illərin qış mövsümündə də quş qripi səbəbindən 2 milyondan çox ev quşu məhv edilib.

Seyranə QuliyevaMissiya.Az

Избранный
58
6
missiya.az

7Источники