RU

Biləsuvarda avtomobil 60 yaşlı kişini vurdu

Biləsuvar rayonunda baş verən qəzada 60 yaşlı kişi xəsarət alıb.

NOCOMMENT.az Cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Zəhmətabad kəndində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı minik avtomobili kənd sakini, 1965-ci il təvəllüdlü Bayram Hüseynağa oğlu Abbasovu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan B.Abbasov rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub.

Faktla bağlı araşdırma aparılır.

Избранный
18
nocomment.az

1Источники