
Rusiya Müdafiə Nazirliyi bir gecə ərzində Ukrayna ordusuna məxsus 193 pilotsuz uçuş aparatını (PUA) məhv etdiyini açıqlayıb.
Missiya.Az xəbər verir ki, PUA-ların bir hissəsi Moskva istiqamətində uçub. Moskva, Kaluqa, Tula və Bryansk vilayətləri də daxil olmaqla bir neçə bölgədə hədəflər vurulub.
Moskva meri Sergey Sobyanin bildirib ki, paytaxt üzərindəki PUA-lar hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib, qalıqların düşdüyü ərazilərdə mütəxəssislər işləyir.
Seyranə QuliyevaMissiya.Az