RU

Seçmə mərhələ: Azərbaycanın U 17 millisi Kosovo ilə qarşılaşacaq

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 27 oktyabr, AZƏRTAC

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün ikinci oyununa çıxacaq.

AZƏRTAC xəbər verir ki, B Liqasının 1-ci qrupunda yer alan yığma Kosovonun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Moldovanın Vadul lui Voda şəhərində yerləşən Millilərin Hazırlıq Mərkəzində keçiriləcək görüş Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

U-17 ilk matçında Uelsə 0:7 hesabı ilə məğlub olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
20
5
azertag.az

10Источники