RU

Ukrayna ordusu ruslara dəhşətli gecə yaşadıb - ölənlər, yaralılar və dağıntılar

Rusiya Müdafiə Nazirliyinin Hava Hücumundan Müdafiə Qüvvələri bir gecədə ölkənin  bölgələri üzərində 193 PUA-nı vurub.

 Ölkə.az  xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki,  gecə ərzində hava hücumundan müdafiə vasitələri Bryansk vilayəti üzərində 47, Kaluqa vilayəti üzərində 42, Moskva vilayətində 40, Tula vilayətində 32, Kursk vilayətində 7, Oryol vilayətində 7, Rostov və Voronej vilayətlərində hər biri 4, Orenburq və Tambov vilayətləri üzərində hər biri 2, Belqorod, Lipetsk və Samara vilayətləri üzərində hərəsində bir PUA vurulub.

Braynsk vilayətində dronun mikroavtobusa hücumu nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.  Moskvaya edilən hücum nəticəsində paytaxta  dağıntılara səbəb olub. Paytaxt meri Sobyanın dağıntıların və onun nəticələrinin aradan qaldırılması istiqamətində işlərin görüldüyünü desə də. İtkilər barədə məlumat verməyib.  Moskvaya hücumun nəticəsi olaraq  Domodedovo və Jukovski hava limanları fəaliyyətlərini müvəqqəti  dayandırıb.

 Mürtəza

Избранный
48
2
olke.az

3Источники