RU

"Biz bağışlamağı, əl uzatmağı bacarırıq - bu, qürur duyulası bir xüsusiyyətdir" Ayaz Salayev "Tofiq Abbasovla Dialoq" verilişində (VİDEO/FOTO)

Bakı. Trend:

"Baku Network" ekspert platformasında “Tofiq Abbasovla Dialoq”adlı analitik video-layihənin yeni buraxılışı yayımlanıb.

Trend xəbər verirki, verilişin bu buraxılışının qonağı Azərbaycan RespublikasınınƏməkdar incəsənət xadimi, kinoşünas, rejissor, ssenarist, pedaqoq,televiziya aparıcısı və aktyor Ayaz Salayev olub.

Söhbətdə Cənubi Qafqaz regionunda baş verən dərin proseslərə -xalqlar arasında etimaddan tutmuş tarixi illüziyalara və sülhədoğru aparan çətin yola qədər olan mövzulara toxunulub.

Ayaz Salayev qeyd edib ki, Qafqaz öz inkişafının yenimərhələsinə qədəm qoyur:

“Biz sülhə doğru irəliləyirik, ətrafda inteqrasiya proseslərigedir, lakin hələ də müəyyən gərginlik ocaqları qalır. Azərbaycanbu gərginliyin azalmasına nail olub”.

O vurğulayıb ki, dayanıqlı sülhün əsas elementi etimaddır:

“Etimad olmadan nə dialoq mümkündür, nə də nəticə. Bu, ənçətindir”.

Ayaz Salayevin sözlərinə görə, dayanıqlı sülh üçün yalnızdiplomatik yaxınlaşma deyil, həm də tarixin yenidən dərk olunması,keçmiş ideologiyalardan azad olunma vacibdir. Əməkdar incəsənətxadimi bildirib ki, Azərbaycan hər zaman dözümlülük və açıqlıqnümayiş etdirib:

“Azərbaycanda istənilən dinə etiqad edilir, hər bir insan özünürahat hiss edir. Biz bağışlamağı, əl uzatmağı bacarırıq- bu, qürurduyulası bir xüsusiyyətdir”.

Trend verilişintam videosunu təqdim edir:

Избранный
17
2
az.trend.az

3Источники