Ermənistan ordusunun beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda yerinə yetirəcəyi heç bir tapşırıq yoxdur.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə 2026-cı il dövlət büdcəsinin ilkin müzakirəsi zamanı bildirib.
"Bizim üçün əsas məqsəd ordunun ölkənin ərazi bütövlüyünü, suverenliyini və vətəndaşların təhlükəsizliyini qorumaq bacarığında olmasıdır", - o qeyd edib.