Axsham.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
46 yaşlı məşhur müğənni Nelli Furtado yenidən səhnə karyerasını sonlandırıb.
Axşam.az xəbər verir ki, bu barədə o, sosial media hesabında yazıb.
"İfaçılıqdan uzaqlaşmağa, həyatımın növbəti mərhələsinə daha uyğun gələcəyini düşündüyüm digər yaradıcı və şəxsi məsələlərlə məşğul olmağa qərar verdim. Karyeramdan çox zövq aldım və hələ də musiqi yazmağı sevirəm, çünki həmişə bunu bir hobbi kimi görmüşəm. Özümü əbədi olaraq mahnı müəllifi kimi tanıyacağam" deyə, o, bildirib.
Xatırladaq ki, Nelli səhnəyə qayıtdığı qısa müddət ərzində bədənindəki dəyişikliklərə görə davamlı olaraq tənqidlərə məruz qalıb.
Qeyd edək ki, Nelli 3 uşaq anasıdır. O, 2024-ci ildə 6 illik fasilədən sonra səhnəyə qayıtsa da, görünşündəki dəyişklik pərəstişkarlarını təəccübləndirmişdi. Belə ki, karyerasının zirvəsində olduğu dövrlərdə ideal bədən quruluşu ilə seçilən Nelli 40 kiloqramdan çox kökəlib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.