RU

Azərbaycanda 12 sığorta şirkətinin yığımları böyüyüb

2025-ci ilin ilk 9 ayında Azərbaycanın sığorta bazarı böyüməyə davam edib və əksər şirkətlər yığımlarını artırıb.

FED.az xəbər verir ki, bununla belə, artım templəri şirkətlər arasında fərqli olub.

Yığımların artım tempinə görə bazarın lideri "Meqa Həyat Sığorta" ASC olub. Şirkət ötən ilin anoloji dövrü ilə müqayisədə sığorta yığımlarını 5,4 milyon manat və ya 77,8% artıraraq 12,3 milyon manata çatdırıb.

Dinamik artım nümayiş etdirən digər şirkətlər arasında "Azərbaycan Sənaye Sığorta" ASC (+5,5 milyon manat və ya +28,8%), "Aqrar Sığorta" ASC (+3,5 milyon manat və ya +28,4%) və "Atəşgah Həyat" Sığorta Şirkəti ASC (+17,2 milyon manat və ya +26,8%) xüsusilə seçilir. Onların ardınca "Xalq Sığorta" ASC (+22,8%) və "Qala Həyat" Sığorta Şirkəti ASC (+20,0%) gəlir.

Bazarın liderləri olan "Paşa Həyat Sığorta" ASC və "Paşa Sığorta" ASC da yığımlarını artırıb. "Paşa Həyat" portfelini 68,6 milyon manat (14,8%) artıraraq 530,8 milyon manata"Paşa Sığorta" isə 25,7 milyon manat (10,4%) artıraraq 272,9 milyon manata çatdırıb. Mütləq məbləğdə artıma görə bu iki şirkət bütün rəqiblərini qabaqlayır.

Избранный
30
fed.az

1Источники