RU

“Bu, təkcə ekoloji yox, həm də iqtisadi təhlükədir”

ain.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.

“Xəzər dənizində suyun səviyyəsi getdikcə aşağı düşür və bu artıq gözlə görünəcək səviyyədədir. Müşahidələr göstərir ki, proses təkcə Xəzərdə deyil, ümumilikdə dünyada da müşahidə olunur”.

Bunu Milli Məclisin deputatı Sadiq Qurbanov “xalqcebhesi.az”a açıqlamasında bildirib.

Deputatın sözlərinə görə, Xəzərdə suyun azalmasının əsas səbəblərindən biri Volqa çayından dənizə axan suyun həcminin azalmasıdır: “Eyni zamanda, dənizdə qabarmalar və çəkilmələr prosesi də gedir. Hazırda bu istiqamətdə həm tədqiqat işləri aparılır, həm də məsələ hökumətlərarası komissiyanın müzakirəsindədir. Xəzər dənizində suyun səviyyəsinin enməsi təkcə ekoloji deyil, həm də iqtisadi baxımdan ciddi nəticələr doğurur. Bu, həm gəmiçiliyə, həm də Xəzər hövzəsində yerləşən bütün dövlətlərə zərər vurur. Yəni burada heç bir dövlət bu prosesdə maraqlı ola bilməz, çünki hamıya eyni dərəcədə təsir göstərir”.

Deputat əlavə edib ki, suyun azalması ilə bağlı antropogen amillərin – yəni su üzərində qurulmuş sənaye obyektlərinin və stansiyaların da müəyyən mənfi təsirləri var: “Ona görə də prosesin qarşısını almaq üçün regional səviyyədə elmi və praktiki tədbirlər gücləndirilməlidir”.

Günel Elxan

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
35
icma.az

1Источники