Bu gün Peşəkar Futbol Liqası ilə "Avrora Qrup" arasında sponsorluq müqaviləsi imzalanıb.
"Football-plus.az" xəbər verir ki, şirkətin prezidenti Ceyhun Abbasov tədbir zamanı sualları cavablandırıb.
- Bu gün futbol aləmində bizim üçün çox mühüm olan sənədə imza atıldı. Daha doğrusu, PFL-lə "Avrora Qrup" arasında sponsorluq müqaviləsi müqavilə imzalandı. Bundan sonra yarış "Bizon Azərbaycan Kuboku" adlandırılacaq. Bu, bizim üçün çox əlamətdar hadisədi. Çalışacağıq ki, bu missiyanı layiqincə həyata keçirək.
- Müqavilə niyə 1 mövsümlük imzalanıb?
- Biz qarşı tərəfi, onlar bizi təhlil etmək istədi. Hansı tərəfdən baxsaq, bu, biznesdi. Müqavilənin bizim marka dəyərinə gətirəcəyi qatqıdan söhbət gedir. Düşünürük ki, bu anlaşma uzunömürlü olacaq. Azərbaycan futboluna öz töhfəmizi verəcəyik. Futbol idman oyunlarının şahıdı. Azərbaycanda da bu idman növünə böyük maraq var. "Qarabağ"ın son dövrlərdə göstərdiyi performans futbola olan marağı artırır. Biz öz markamıza da inanırıq. "Bizon" Azərbaycanın milli brendidi. Məhsullarımız dünyanın 10-a yaxın ölkəsinə ixrac olunur.
- Bir çox şirkətlər futbola sponsorluq etməyə soyuq yanaşır. PFL sizi necə razı sala bildi?
- İdmana olan dəstəyimiz qaçılmazdı. Hazırda bir neçə kluba dəstəyimizi veririk. "Zirə", "Araz-Naxçıvaan" və "Sabah"a kömək edirik. Bu da bir təklif idi. Biz də bunu layiqincə dəyərləndirdik.
- Maliyyə şərtləri barədə məlumat verə bilərsiz?
- Bu, konfidensial məsələdi.
- Kuboku hansı klubun qazanmasını istəyərdiz?
- Finalda "Qarabağ"ı görmək istəyərəm.
- "Bizon" kubokun sponsoru olmaqla PFL-ə dəstək olacaq. Bəs bunun qarşılığında PFL sizə nə verəcək?
- Reklamın gücü "2x2=4" deyil. Bunu dərhal ölçmək çətindi. Markaya verilən marketinq dəstəyi yaxın zamanda özünü göstərir. "Avrora Qrup" olaraq düşündük ki, PFL-lə bu addımı atsaq, bizim üçün uğurlu olacaq.
- PFL prezidenti Elxan Səmədovla daha əvvəldən tanışlığınız olub?
- Mən özüm həvəskar futbolçuyam, 45 ildi futbol oynayıram. "Avrora Qrup"un daxilində 36 komanda fəaliyyət göstərir, ilboyu oynayırıq. Mən də bir komandanın üzvüyəm. Elxan müəllimlə bizim çoxdan münasibətimiz var. Futbol meydanlarında çox görüşmüşük. Bu gün imzalanan sənədin kökündə o münasibətlər dayanır.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта