RU

"Kuboka sponsor tapmaqla tilsimi sındırdıq" - Sənan Abdullayev

Bu gün Peşəkar Futbol Liqası ilə "Avrora Qrup" arasında Azərbaycan Kuboku üçün sponsorluq müqaviləsi imzalanıb.

"Football-plus.az" xəbər verir ki, bundan sonra turnir "Bizon Azərbaycan Kuboku" adlanacaq. PFL-in Media və marketinq direktoru Sənan Abdullayev təfbir zamanı sualları cavablandırıb:.

- Bu, həm Peşəkar Futbol Liqası, həm də Azərbaycan futbolu üçün yeni mərhələdi. Hər iki tərəfin peşəkarlığı bu anlaşmada önəmli rol oynadı. Bu yöndə bir neçə qurumla danışıqlar olmuşdu. Amma danışıqlar müəyyən mərhələdən sonra dayanırdı. "Avrora Qrup"dan tam peşəkar yanaşma gördük. Ceyhun bəyin dediyi kimi, onun da futbol oynaması bu addımda rol oynadı. Çox sevinirik. Uzun müddətdən sonra turnirin sponsoru olacaq, "Bizon Azərbaycan Kuboku" adlanacaq. Bu, bizim üçün də, qarşı tərəf üçün də önəmlidi. Azərbaycan futbolu üçün xeyirli olsun.

- Aşağı liqalara sponsor tapmaqla bağlı perspektivlər var?
- Təbii ki, bu yöndə işlər davam edir. Kuboka sponsor tapmaqla tilsimi sındırdıq. 1-ci liqa və 2-ci liqa ilə bağlı da planlar var. Danışıqlar davam edir. Ümid edirəm ki, burda gördüyümüz peşəkar yanaşmanı digər yerlərdə də görərik.

- Kubokun qalibi üçün xüsusi mükafat nəzərdə tutulub?
- Planlar var. Bütün sirlərin üstünü açmayaq. Mərhələnin ən yaxşı qolunu seçməyi düşünürük. Bu, "Bizon" tərəfində seçiləcək. Media nümayəndələri ilə bağlı da planlar var. Böyük vədlər verib yalançı çıxmayaq. Amma müəyyən planlar var. Əminəm ki, Azərbaycan futbolu müsbət nəticəsini görəcək.

- "Bizon" şirkəti maliyyəni ayıracaq. Amma onun necə xərclənəcəyini PFL müəyyənləşdirəcək?
- Qalibə pul mükafatının ayrılması planda yoxdu. Bu, həm bizim üçün, həm də "Bizon" üçün bir sınaqdı, ilkin mərhələdi. Uzunmüddətli ola bilər. Burada qazanılan hər şey Azərbaycan futboluna yönəlməlidir. İlk mərhələ olduğuna görə böyük vədlər verə bilmirik.

- Media nümayəndələri üçün premyer-liqada region layihəsi davam edir. Bölgələrdə keçirilən kubok matçları üçün də həmin layihənin icrası nəzərdə tutulub?
- Bəli, bu istiqamətdə də planlar var. Jurnalistlər üçün başqa planlar da nəzərdə tutulub. Ancaq əvvəl müəyyən detallara aydınlıq gəlməlidi.

Избранный
63
football-plus.az

1Источники