RU

Polşada iki ukraynalı casusluqda şübhəli bilinərək həbs olunub

Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Polşada iki Ukrayna vətəndaşı casusluqda şübhəli bilinərək saxlanılıb.

Oxu.Az xəbər verir ki, bu barədə Polşanın Kəşfiyyat İşləri üzrə Koordinasiya Nazirliyinin mətbuat katibi Yatsek Dobjinski məlumat verib.

Onun sözlərinə görə, müvafiq olaraq 32 və 34 yaşlı kişi və qadın kəşfiyyat fəaliyyəti ilə məşğul olub.

Onlar Polşanın hərbi potensialını öyrənib və gizli avadanlıq quraşdırıblar. Ukraynalıların topladığı məlumatlar Polşa hərbi personalına və mühüm infrastruktur obyektlərinə aiddir.

Mətbuat katibi qeyd edib ki, şübhəlilər Hərbi Əks-Kəşfiyyat Xidmətinin və Daxili Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Məhkəmə qərarı ilə şübhəlilər barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
29
oxu.az

1Источники