Qazaxıstan və Rusiya prezidentləri Kasım-Jomart Tokayev və Vladimir Putin arasında telefon danışığı olub, Qazaxıstan liderinin Rusiyaya gözlənilən dövlət səfərinə hazırlığı müzakirə ediblər.
Busaat.az xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.
“Söhbət zamanı Qazaxıstan prezidentinin Rusiya Federasiyasına gözlənilən dövlət səfərinə hazırlıq müzakirə edilib”, – mətbuat xidmətindən bildirilib.
Dövlət başçıları aktual qlobal problemlərə də toxundular və iki ölkə arasında strateji tərəfdaşlığın inkişafı üçün qarşıdakı danışıqların əhəmiyyətini vurğuladılar. Tezliklə Tokayevin Moskvaya səfəri gözlənilir.
Tokayev daha əvvəl bəyan etmişdi ki, Rusiya Qazaxıstanın strateji tərəfdaşı olub və qalacaq.
Yeganə