RU

İki gəmi toqquşdu, biri batdı

ain.az, 525.az saytına istinadən bildirir.

Cənubi Çin dənizində 2 yük gəmisinin toqquşması onlardan birinin batması ilə nəticələnib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə şənbə günü Quançjou yaxınlığında baş verib.

Çin bayrağı altında üzən "Hai Li 5" gəmisi ilə Sinqapura məxsus "Wan Hai A17"nin iştirakçısı olduğu qəzadan sonra Çin gəmisi batıb. "Wan Hai A17"də olan 23 nəfərdən heç biri xəsarət almayıb. Batan gəminin 15 heyət üzvündən isə ikisi itkin düşüb. Onların axtarışları davam edir. Batan gəminin ekoloji təhlükə yaratmadığı bildirilir.

Qeyd edək ki, qəzanın iştirakçısı olan "Wan Hai A17" polisin nəzarəti altında sahildə lövbər salıb. Araşdırma başa çatana kimi gəmi sahildə qalacaq.

L.Tağıyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
14
525.az

1Источники