RU

Azərbaycan Qırğızıstan Hökumətlərarası Komissiyasının iclasının keçirilməsi planlaşdırılır

ain.az, Cebheinfo portalına istinadən məlumat verir.

Bu ilin dekabr ayında Bakıda Azərbaycan ilə Qırğızıstan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasının keçirilməsi planlaşdırılır.

"Report" Qırğızıstanın İqtisadiyyat və Ticarət Nazirliyinə istinadən xəbər verir ki, bu məsələ ötən həftə iki ölkənin iqtisadiyyat nazirləri Mikayıl Cabbarovla Bakıt Sıdıkovun Bakıda keçirilmiş görüşündə müzakirə olunub.

"Danışıqlar zamanı tərəflər Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun və hökumətlərarası komissiyanın fəaliyyətini müzakirə ediblər. Komissiyanın altıncı iclasının dekabrda Bakıda keçirilməsi planlaşdırılır", - nazirlikdən bildiriblər.

Bundan başqa, nazirlər iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin müsbət dinamikasını və davamlı inkişafını qeyd ediblər. Qırğızıstan statistikasına görə, dəyəri 7,7 milyon ABŞ dolları təşkil edən qarşılıqlı ticarətin artırılması üçün əlavə tədbirlərin görülməsinin zəruriliyi vurğulanıb.

Qırğızıstanın iqtisadiyyat və ticarət naziri nəqliyyat və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi və iki dövlətin tranzit potensialından səmərəli istifadə edilməsində maraqlı olduğunu bildirib.

Hökumətlərarası Komissiyanın 5-ci iclası 2023-cü ilin iyul ayında Qırğızıstanda keçirilib.

​​​​​​"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
27
1
cebheinfo.az

2Источники