RU

“El Klassiko” sonrası qalmaqal: Vinisiusdan Yamala sərt sözlər

ain.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İspaniya La Liqasının 10-cu turunda “Real”ın “Barselona”ya qarşı qazandığı 2:1 hesablı qələbədən sonra meydandan kənarda gərginlik yaşanıb.

QOL.az “Yahoo Sports”a istinadən xəbər verir ki, Madrid təmsilçisinib braziliyalı hücumçusu Vinisius Junior matçdan sonra “Barselona”nın gənc oyunçusu Lamin Yamal ilə söz davasına çıxıb.

Yamal paltardəyişmə otağına gedərkən Vinisius ona yaxınlaşaraq bu sözləri deyib:

“Sən topu yalnız arxaya ötürürsən! Çox danışırsan. İndi danış görüm!”

Qeyd edək ki, bu qələbədən sonra “Real” 27 xalla La Liqa cədvəlində liderliyini qoruyub. “Barselona” isə 22 xalla ikinci pillədə qərarlaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
27
2
qol.az

5Источники