RU

ADY və DƏMX birgə təlimlərə başladı

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (ADY) Əməyin təhlükəsizliyi və mülki müdafiə departamenti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) ADY-nin müxtəlif sahələrində çalışan işçilər üçün birgə təlimlərə başlayıb.

Publika.az xəbər verir ki, təlimlərin keçirilməsində məqsəd ADY-də çalışan əməkdaşların əməyin mühafizəsi, sağlam və təhlükəsiz iş şəraitinin təmin edilməsi, istehsalatda baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması və təhlükəsizlik mədəniyyətinin artırılması istiqamətində bilik və bacarıqlarının gücləndirilməsidir.

Proqram çərçivəsində keçirilən təlimlər nəzəri və praktiki hissələrdən ibarətdir. DƏMX-nin tabeliyində Əməyin Mühafizəsi Mərkəzinin əməkdaşları iştirakçılara əməyin mühafizəsi sahəsində mövcud qanunvericiliyin tələbləri, layiqli əməyin təmin edilməsi, təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması, istehsalatda bədbəxt hadisələrin qarşısının alınması və əməyin mühafizəsi üzrə qəbul edilmiş dövlət standartları barədə ətraflı məlumat veriblər.

Təlimin praktiki hissəsi isə ADY-nin Əməyin təhlükəsizliyi və mülki müdafiə departamentinin əməkdaşları tərəfindən keçirilib və bu mərhələdə yanğından mühafizə zamanı davranış qaydaları nümayiş etdirilib.

Избранный
43
13
publika.az

10Источники