Roma Papası XIV Leo Macarıstanın baş naziri Viktor Orbanı auditoriyada qəbul edib.
Busaat.az xəbər verir ki, müqəddəs Taxt-Tacın mətbuat xidmətinin məlumatına görə, Dövlət Katibliyində sonrakı danışıqlarda Ukraynadakı münaqişə və Yaxın Şərqdəki vəziyyət müzakirə olunub.
“Roma Papası XIV Leo Macarıstanın Baş naziri Viktor Orbanı auditoriyada qəbul edib. Dövlət Katibliyində keçirilən səmimi görüşdə ikitərəfli münasibətlərin möhkəmliyi vurğulanıb. Avropa məsələləri, xüsusilə Ukrayna münaqişəsi və Yaxın Şərqdəki vəziyyət də müzakirə olunub”, – mətbuata açıqlamada deyilir.
Yeganə
 
                        