17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ikinci oyununa çıxıb.
QOL.az xəbər verir ki, B Liqasının 1-ci qrupunda yer alan millimiz Kosovonun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Nərgiz Qurbanovanın baş məşqçisi olduğu komanda Moldovanın Vadul lui Voda şəhərində baş tutan qarşılaşmada rəqibinə 0:6 uduzub.
27 oktyabr
14:00. Kosovo (U-17, Qadınlar) - Azərbaycan (U-17, Qadınlar) - 6:0
Millilərin Hazırlıq Mərkəzi, Vadul lui Voda.
Baş hakim: Briet Braqadottir (İslandiya)