RU

İrlandiya Prezidenti gecəni xəstəxanada keçirib

İrlandiya Prezidenti Maykl D. Higgins gecəni xəstəxanada keçirib.

Editor.az xəbər verir ki, bu barədə “The Independent” nəşri məlumat yayıb.

Məlumata görə, 84 yaşlı dövlət başçısı özünü narahat hiss etdikdən sonra Müqəddəs Ceyms Xəstəxanasına müraciət edib. Müayinədən sonra ona infeksiya diaqnozu qoyulub, lakin xəstəliyin dəqiq növü açıqlanmayıb.

Prezidentin ofisindən verilən rəsmi açıqlamada bildirilib:

“Prezidentin vəziyyəti qənaətbəxşdir. O, gecəni xəstəxanada antibiotik müalicəsi alaraq keçirib.”

Qeyd edək ki, Maykl D. Higgins-in ikinci və son prezidentlik müddəti noyabrın 10-da başa çatır.

Xatırladaq ki, oktyabrın 24-də keçirilən seçkilərdə seçicilər solçu müstəqil namizəd Ketrin Konnolini ölkənin növbəti prezidenti seçiblər.

Hakim koalisiyaya daxil olmayan Fine Gael partiyasının namizədi Hizer Hamfris səslərin təxminən yarısını toplaya bilib. Səslərin ilkin sayımından sonra Hamfris rəqibini təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb. Konnoli isə nəticələrdən razılığını bildirib.

//Gülnarə Abasova, Editor.az

Избранный
29
editor.az

1Источники