RU

Vinisius Real dan ayrılmaq istəyir: Komandadan getməyim daha yaxşıdır

ain.az, Oxu.az portalına istinadən məlumat yayır.

"Real Madrid"in braziliyalı ulduz futbolçusu Vinisius Junior klubunu tərk etmək istəyir.

Oxu.Az DAZN-a istinadən xəbər verir ki, yarımmüdafiəçi "Barselona" ilə oyunda meydandan çıxan zaman komandadan ayrılmaq istədiyini açıqlayıb.

Məlumata görə, matçın 72-ci dəqiqəsində əvəzlənməsindən xəbər tutan braziliyalı oyunçu söyüş söyüb və soyunub-geyinmə otağına gedərkən qəzəbli şəkildə bildirib: "Komandadan gedirəm... gedirəm, getməyim daha yaxşıdır".

25 yaşlı ulduz futbolçu 2018-ci ildən "Real Madrid"də çıxış edir. Onun klubu ilə hazırkı müqaviləsi 2027-ci il iyunun sonuna kimidir.

Xatırladaq ki, "Real Madrid" öz meydanında "Barselona"nı 2:1 hesabı ilə məğlub edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
34
oxu.az

1Источники