RU

İordaniya kralı Qəzzada sülh çağırışı edib

İordaniya kralı II Abdullah və kraliça Rania Qəzza zolağındakı vəziyyətlə bağlı açıqlamalarında beynəlxalq ictimaiyyəti məsuliyyətli olmağa çağırıblar.

Missiya.Az xəbər verir ki, Kral II Abdullah Britaniyanın BBC kanalına müsahibəsində bildirib ki, Qəzzada sülhməramlı qüvvələrin yerləşdirilməsi bölgədə sabitliyin təmin olunmasına kömək edə bilər. O, İordaniya və Misirin Fələstin təhlükəsizlik qüvvələrinə təlim keçməyə hazır olduğunu, lakin İordaniyanın Qəzzaya qoşun göndərməyəcəyini vurğulayıb.

Monarx bölgədəki vəziyyəti “şokedici” adlandırıb.

Kraliça Rania isə müsahibəsində uşaqların və mülki əhalinin əziyyət çəkdiyi bir mühitdə yaşamağın “kabus” olduğunu bildirib. O, beynəlxalq ictimaiyyəti Qəzzadakı hadisələrə biganə yanaşdığına görə tənqid edib.

Kraliça ABŞ-nin vasitəçilik səylərini də qiymətləndirərək, Prezident Donald Trampın atəşkəs prosesindəki rolunu müsbət dəyərləndirib və fələstinlilərlə israillilərin sülh şəraitində birgə yaşaya biləcəyinə inandığını qeyd edib. 

Seyranə QuliyevaMissiya.Az

Избранный
43
1
missiya.az

2Источники