RU

Qarabağ erməniləri bu ölkəyə axın etməyə başladı KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Ermənistan mediasının məlumatına görə, Qarabağ erməniləri ölkəni tərk edərək Rusiya, Fransa, Almaniya və hətta Macarıstanı seçirlər.

KONKRET.az xəbər verir ki, onların sözlərinə görə, Qarabağ ermənilərinin köçürülməsi Macarıstanın tanınmış xeyriyyə təşkilatlarından biri olan Malta Suveren Ordeninin Xeyriyyə Xidməti tərəfindən təşkil olunur.

Qeyd olunur ki, proqramın ilkin mərhələsində Macarıstan yalnız tələbələri qəbul edirdi. Ancaq indi onlara ailə üzvlərini və qohumlarını dəvət etmək imkanı verilir.

Hesabatda bildirilir ki, əhalinin yaşlanması səbəbindən Macarıstan çox sayda ukraynalını da qəbul edib.

Erməni jurnalistlərinin sorğularına cavab olaraq Ermənistan Xarici İşlər Nazirliyi bildirib ki, Macarıstan hökuməti Qarabağ ermənilərini yerləşdirmək üçün heç bir proqram həyata keçirmir və nazirliyin Macarıstanda daimi yaşayan Qarabağ ermənilərinin sayı barədə məlumatı yoxdur.

Müşviq Tofiqoğlu

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
3
2
konkret.az

3Источники