Bakı. Trend:
Oktyabrın 27-də Ailə, Qadın və Uşaq Problemləri üzrə DövlətKomitəsinin, Elm və Təhsil Nazirliyinin və Təhsilin İnkişafıFondunun əməkdaşlığı ilə “Gənc qızların təhsilinə dəstək” layihəsiçərçivəsində “Hənifə Məlikova-Zərdabi adına qızların təhsilinədəstək-2025” təqaüd proqramının təqdimat mərasimi keçirilib.
Trend xəbərverir ki, tədbir “Gənc qızların təhsilinə dəstək” layihəsinə həsrolunmuş video-çarxın nümayişi ilə başlayıb.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədrisəlahiyyətlərini icra edən İlqar Bayramlı “Hənifə Məlikova-Zərdabi”adına təqaüd proqramına cari tədris ilində 93 tələbə qızınfaydalandığını qeyd edib.
O bildirib ki, ümumilikdə layihənin icrası dövründə 300-ə yaxıntələbə bu proqramda iştirak edib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədriBahar Muradova “Hənifə Məlikova-Zərdabi” adına təqaüd proqramınınölkənin parlaq gələcəyi naminə atılmış mühüm addımlardan biriolduğunu deyib.
O bildirib ki, bu təqaüdü qazanan gənclər Azərbaycanın 57rayonunu və 16 şəhərini təmsil edirlər. Bahar Muradova bu il ilkdəfə Naxçıvandan 14 nəfərin layihəyə qoşulduğunu qeyd edib.
Elm və təhsil naziri Emin Əmrullayev qadının cəmiyyətdəkimövqeyi, ictimai və sosial gücünün istənilən təhsil sistemininkeyfiyyətini və funksionallığını müəyyən edən əsas amillərdən biriolduğunu deyib.
O bildirib ki, bu kimi layihələr qadınların təhsil imkanlarınıgenişləndirməklə yanaşı, ölkənin sosial və iqtisadi inkişafına damühüm töhfə verir.
Sonda təqaüd proqramına seçilən qızlara sertifikatlar təqdimolunub.
Qeyd edək ki, layihə çərçivəsində həssas təbəqədən olan,həmçinin ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayanqızların təhsilinə dəstək göstərilməsi məqsədilə onlara aylıqtəqaüdlər ödəniləcək.