17 yaşadək qadın futbolçulardan ibarət millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ikinci oyununa çıxıb.
"Football-plus.az" xəbər verir ki, B Liqasının 1-ci qrupunda yer alan millimiz Kosovonun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Nərgiz Qurbanovanın baş məşqçisi olduğu komanda Moldovanın Vadul lui Voda şəhərində baş tutan qarşılaşmada rəqibinə 0:6 hesabı ilə məğlub olub.
Qeyd edək ki, U-17 millimiz qrupda son matçını oktyabrın 30-da Moldova yığmasına qarşı keçirəcək.
27 oktyabr
Kosovo - Azərbaycan 6:0
Baş hakim: Briet Braqadottir (İslandiya)
Millilərin Hazırlıq Mərkəzi, Vadul lui Voda.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта