RU

ADY Çinin Sian Limanı ilə Anlaşma Memorandumu imzaladı

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) və Çinin Sian Limanı arasında Anlaşma Memorandumu imzalanıb.

Publika.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumaya görə, qurumun Rövşən Rüstəmov Sian şəhərinin meri Ye Niu Pinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Görüşdə Prezident İlham Əliyevin bu ilin aprel ayında Çinə səfərinin ikitərəfli əlaqələrin inkişafında mühüm mərhələ olduğu vurğulanıb. Qeyd olunub ki, səfər zamanı iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat, həmçinin beynəlxalq multimodal daşımalar və "Kəmər və Yol Təşəbbüsü"nün birgə təşviqi haqqında imzalanmış sazişlər nəqliyyat və logistika sektorunda əməkdaşlığın daha da genişləndirilməsi üçün möhkəm zəmin yaradıb.

Həmçinin Orta Dəhlizin inkişafı üzrə ADY və Çin nəqliyyat-logistika şirkətləri və limanları arasında əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub, bu əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Избранный
85
publika.az

1Источники