RU

Tudor “Yuventus”dan qovuldu

“Yuventus” İqor Tudoru vəzifəsindən azad edib. 

"Unikal" xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Xəbərdə bildirilib ki, klub rəhbərliyi xorvatiyalı mütəxəssisi bu gün səhər işdən çıxarılması barədə məlumatlandırıb.

Turin təmsilçisini müvəqqəti olaraq “Yuventus”un gənclər komandasının baş məşqçisi Massimo Brambillanın çalışdıracağı gözlənilir.

Qeyd edək ki, komanda ardıcıl 4 matçda qol vura bilməyib və son 8 görüşdə qələbə qazanmayıb. Turin klubu hazırda A Seriyasında 12 xalla 8-ci pillədə qərarlaşıb.

Избранный
14
unikal.az

1Источники