RU

Dünyanın ən yaşlı dövlət başçısı səkkizinci dəfə prezident seçilib

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Kamerun lideri Pol Biya prezident seçkisində seçicilərin səslərinin 53.66%-ni toplayaraq, səkkizinci müddətə dövlət başçısı seçilib.

Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "Agence France-Presse" agentliyi Kamerun Konstitusiya Şurasının məlumatına istinadla yayıb.

Bildirilir ki, 1982-ci ildən hakimiyyətdə olan Prezident Pol Biya 92 yaşında səkkizinci müddətə Kamerunun prezidenti seçilib. Kamerun Milli Xilas Cəbhəsinin rəhbəri və prezidentin əsas rəqibi İssa Çiroma Bakari 35.19% səslə ikinci yerdə qərarlaşıb.

Qeyd edək ki, Kamerunda prezident seçkiləri oktyabrın 12-də keçirilib və kütləvi etirazlarla müşayiət olunub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
44
33
oxu.az

10Источники